Millimizin rəqibi Macarıstana uduzdu

12:16 - 24 Mart 2023

Avro-2024-ün seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Estoniya yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Tomas Hoberlinin rəhbərlik etdiyi kollektiv səfərdə Macarıstan seçməsinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti