"Liverpul" "Mançester Yunayted"in istədiyi müdafiəçi üçün 60 milyon ödəməyə hazırdı

16:11 - 29 Mart 2023

"Napoli"nin müdafiəçisi Kim Min-Je karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, cənubi koreyalı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Rai Sport" nəşri məlumat yayıb. Mersisayd təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisi üçün Neapol klubuna 60 milyon avroluq təklif göndərəcək.

"Mançester Yunayted" də asilyalı futbolçunu transfer etmək istəyən klublar arasındadır.

Qeyd edək ki, Kim Min-Je "Napoli"yə mövsümün əvvəlində "Fənərbaxça"dan transfer olunub. O, İtaliya klubunun heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti