Millimizin rəqibi 69 il sonra bunu bacardı

16:30 - 29 Mart 2023

Belçika milli komandası yoldaşlıq oyunu çərçivəsində Almaniyanı səfərdə 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu qələbə "qırmızı şeytanlar" üçün əlamətdar olub. Domeniko Tedeskonun rəhbərlik etdiyi kollektiv 1954-cü ildən sonra ilk dəfə Bundestim üzərində qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, Belçika yığma komandası Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

Xəbər xətti