Türk müdafiəçi "İnter"ə keçə bilər

16:52 - 29 Mart 2023

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi slovakiyalı futbolçuya əvəzləyici tapıb. "La Gazetta dello Sport"un məlumatına görə, "İnter" "Atalanta"nın türk müdafiəçisi Merih Demiralın xidmətində maraqlıdır. "Nerazzurri" yayda 25 yaşlı futbolçu üçün Berqamo təmsilçisinə təklif göndərəcək.

Qeyd edək ki, "Yuventus" Merih Demiralı mövsümün əvvəlində "Yuventus"dan transfer edib. Türkiyə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 22 matçda 1 qol vurub.

Xəbər xətti