"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirəməyə yaxındır.
Sportal.az xəbər verir ki, gürcü qolkiperin xidmətində "Lester Siti" maraqlıdır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Tülkülər" yayda 22 yaşlı "əlcək sahibi" üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Valensiya" Giorgi mamardaşvilini ötən ilin yanvar ayında Tbilisi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü cari mövsümdə "yarasalar"ın heyətində 31 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi