"Lester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Çağlar Söyüncünün yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, türk müdafiəçi "Atletiko" ilə müqavilə imzalayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 26 yaşlı futbolçu ilə imzalanan sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə Premyer Liqa klubunun heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi