Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib.
Sportal.az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.
Dörd qolun qeydə alındığı bu qarşılaşma qalib müəyyənləşməyib – 2:2.
Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.
Günün əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Türkiyə - Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1