Yeni mövsümdə iddialı olmağı hədəfləyən "Aston Villa" transfer fəaliyyətinə indidən başlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücum xəttini ulduz futbolçularla gücləndirmək istəyir. İngiltərə klubunun əsas hədəfləri "Barselona"da çıxış edən Ferran Torres və "Yuventus"un forvardı Duşan Vlahoviçdir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Birmingemlilər yayda hər iki oyunçu üçün klubları ilə danışıqlara başlayacaq. "Aston Villa" bu futbolçular üçün 100 milyon avroluq büdcə ayırıb.
saytlarin hazirlanmasi