"Real" və "Mançester Yunayted"in transfer savaşı

11:56 - 6 May 2023

"Bayer Leverkuzen"in futbolçusu Jeremi Frimponq yayda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisinin xidmətində "Mançester Yunayted" və "Real" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

22 yaşlı futbolçu özü Premyer Liqada oynamaq istəyir. Almaniya klubu oyunçunu daha yaxşı təklif göndərən kluba satmağı planlaşdırır.

"Bayer Leverkuzen" Jeremi Frimponqu 2021-ci ilin yanvar ayında "Seltik"dən transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti