"Bavariya"nın futbolçusu ən yaxşı seçidli

15:51 - 6 May 2023

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı adına Kanada millisinin və "Bavariya"nın müdafiəçisi Alfonso Deyvis layiq görülüb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi ardıcıl ikinci dəfə ilin ən yaxşısı seçilib.

Qeyd edək ki, Alfonso Deyvis Kanada millisi ilə ötən il Qətərdə baş tutan dünya çempionatında iştirak edib. O, cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti