Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Ramazanov AFFA-da çalışmağa başlayıb.
Bu barədə Sportal.az saytına veteran hücumçu özü məlumat verib. O, aşağı yaş qrupları üzrə liqalarda seleksiyaçı vəzifəsini icra edir.
Zaur Ramazanov saytımıza verdiyi açıqlamada perspektivli uşaqları üzə çıxarmaq üçün çalışdıqlarını deyib:
"Artıq bir aydır işləyirəm. 13 yaşlılardan 19 yaşlılaradək olan uşaq liqalarını izləyirəm. Perspektivli uşaqları tapmağa, onları üzə çıxarmağa çalışıram. Sağolsunlar ki, məni dəvət etdilər. Mən də işsiz idim. Çalışıram kömək edim. Perspektivli uşaqlar çoxdur. Uşaq futbolunun inkişafı ilə bağlı əsas işləri klublar görməlidir. Fiziki, taktiki məşqlərin üzərində çox işləmək lazımdır. Biz ancaq məsləhət verə bilərik. Onların bizim dediklərimizi edib-etməyəcəklərinə qarışa bilmərik."
Elçin Əlixan
saytlarin hazirlanmasi