FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı hakim 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya - Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may-2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.
saytlarin hazirlanmasi