Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), "Qalatasaray" İdman Klubu və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı, "Azfar Group"un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə "Qalatasaray"ın UEFA kubokunu qazanmasının 23-cü ili və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Florya Metin Oktay təsislərində qardaşlıq görüşü keçiriləcək.
Sportal.az xəbər verir ki, qardaşlıq oyununda Azərbaycanın idman jurnalistəri yığma komandası ilə "Qalatasaray"ın əfsanələri üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 18:00-da start götürəcək.
Oyun AİJA prezidentinin köməkçisi Anar Şabanoğlu və "CBC Sport" kanalının əməkdaşı Elçin Cəfərovun səyləri nəticəsində baş tutacaq.
Qardaşlıq oyununda "Qalatasaray"ın əfsanələrindən Hakan Balta, Ayhan Akman, Kerem İnan, Faruk Atalay və digər ulduzların iştirakı gözlənilir. 2000-ci ildə UEFA kubokunu qazanan əfsanəvi heyətin bir çox futbolçusunun isə oyuna qonaq qismində qatılacağı gözlənilir.
Minifutbol üzrə milli komandamıza Avropa çempionluğunu qazandırmış Elşad Quliyev bu oyunda Azərbaycanın idman jurnalistlərindən ibarət millisinin oynayan baş məşqçisi olacaq.
saytlarin hazirlanmasi