Futbol üzrə Ukrayna milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yığmanı Sergey Rebrov çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
48 yaşlı mütəxəssislə artıq müqavilə imzalanıb. Rebrov yayda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ilə sözləşməsi bitdikdən sonra millinin "sükan"ı arxasına keçəcək.
saytlarin hazirlanmasi