Portuqaliyanın nəhəng klubları vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur

17:20 - 18 May 2023

Portuqaliyanın məşhur klubları "Portu", "Benfika" və "Sportinq" maliyyə fırıldağında şübhəli bilinir.

Sportal.az xəbər verir ki, hər üç klub vergidən yayınmada və on milyonlarla avronu əhatə edən çirkli pulların yuyulmasında ittiham olunur. Məlumatı "CNN Portugal" kanalı yayıb. 

200-dən çox vergi məmuru dünən "Benfika", "Portu" və "Sportinq"in stadionlarında və qərargahlarında axtarış aparıb. "Portu"nun prezidenti Xorxe Nuno Pinto da Kostanın oğlu, agent Aleksandr Pinto da Kosta da şübhəli bilinənlər arasındadır.

Hazırda prosesdə 47 nəfər təqsirləndirilir. Ümumilikdə 58 vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı şübhələr var.

Xəbər xətti