"Beşiktaş" argentinalı müdafiəçi transfer edəcək

14:09 - 23 May 2023

Türkiyənin "Beşiktaş" klubu mövsümlərarası fasilədə müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində olan oyunçu "Hurakan"da çıxış edən Lukas Merolyadır. "Qara qartallar" Argentina klubu ilə müqaviləsi yayda bitən 27 yaşlı mərkəz müdafiəçisini pulsuz heyətinə qatacaq.

"Beşiktaş" baş məşqçi Şenol Günəşin komandada görmək istədiyi argentinalı oyunçunun meneceri ilə danışıqlara start verib.

Qeyd edək ki, Lukas Merolya "Hurakan"ın yetirməsidir. O, 2018-ci ildən əsas komandanın formasını geyinir. Təcrübəli futbolçu Cənubi Amerika təmsilçisinin heyətində meydana çıxdığı 85 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti