Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubundan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi 1 iyul tarixində komandanın heyətində son matçına çıxacaq. "Vissel Kobe" həmin gün ölkə çempionatı çərçivəsində "Hokkaydo"nu qəbul edəcək.
Qeyd edək ki, Andres İnyesta 2018-ci ilin yayından "Vissel Kobe"də çıxış edir. İspaniya millisinin sabiq üzvü Yaponiya təmsilçisinin heyətində meydana çıxdığı 133 rəsmi matçda 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi