"Barselona" "Liverpul"dan 52 milyon funt-sterlinq tələb edir

22:51 - 29 May 2023

"Barselona"nın futbolçusu Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, fransalı müdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. 

"Barselona" 24 yaşlı arxa xətt oyunçusu üçün Mersisayd təmsilçisindən 52 milyon funt-sterlinq tələb edir Fransa millisinin üzvü Kataloniya təmsilçisindən ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Barselona" Jül Kundeni mövsümün əvvəlində "Sevilya"dan transfer edib. O, komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti