Pirlo futbolçu karyerasını bərpa etdi

17:13 - 30 May 2023

İtaliyalı veteran futbolçu Andrea Pirlo karyerasını bərba edib.

Sportal.az xəbər verir ki, 44 yaşlı sabiq yarımmüdafiəçi "Kings League”də (“Krallar Liqası”) mübarizə aparan "Jijantes"də forma geyinəcək. Klubun sahibi "Barselona"nın keçmiş futbolçusu Jerar Pikedir.

Qeyd edək ki, Andrea Pirlo futbolçu karyerası ərzində "Breşiya", "Reccina", "İnter", "Yuventus", "Milan" və ABŞ-də "Nyu York Siti"də çıxış edib. O, İtaliya millisinin heyətində keçirdiyi 116 rəsmi matçda 13 qol vurub. 2018-ci ildə karyerasını bitirən Piro baş məşqçi kimi son olaraq Türkiyənin "Fatih Karagümrük" klubunu çalışdırıb.

Xəbər xətti