Premyer Liqa klubu ilk transferini açıqladı

16:35 - 31 May 2023

İngiltərinin "Brentford" klubu ilk transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Frayburq"un qapıçısı Mark Flekkeni heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Brentford" 29 yaşlı qolkiper üçün Almaniya klubuna 13 milyon funt-sterlinq ödəyib. Niderlandlı "əlcək sahibi" yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Frayburq" Mark Flekkeni 2018-ci ilin yayında "Duyzburq"dan transfer etmişdi. Təcrübəli qapıçı başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində 44 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti