Robert Prosineçkinin yeni iş yeri bəlli oldu

17:58 - 7 İyun 2023

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

Sportal.az xəbər verir ki, xorvatiyalı məşqçi ölkəsində çalışacaq. 54 yaşlı mütəxəssis yüksək liqaya vəsiqə qazanan "Rudes"in baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından 2017-ci ilin noyabrınadək Azərbaycan yığma komandasının baş məşqçisi olub.

Xəbər xətti