UEFA Millətlər Liqasında "dördlər finalı"na start verilib.
Sportal.az xəbər verir ki, yarımfinalın ilk oyununda Niderland millisi Xorvatiyanı qəbul edib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda iki qol vuran xorvatlar finala vəsiqə qazanıb. Yarımfinalın digər görüşü isə İspaniya və İtaliya milliləri arasında keçiriləcək.
14 iyun
Niderland - Xorvatiya 2:4
Qollar: D.Malen, 34, N.Lanq, 90+6 - A.Kramariç, 55 (p), M.Paşaliç, 73, B.Petkoviç, 90+8, L.Modriç, 115 (p)