İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasının yarımfinalında İspaniyaya qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan Mançini komandası haqda xoş fikirlər səsləndirib:
"Gənclərdən yaxşı futbol gözləyirik. Bu oyunçular gəncdir, onlara vaxt və oyun praktikası lazımdır. Biz dəyişikliklərə ümid edirik və gələcək üçün oyunçular yetişdiririk. Kuboku qazanmaq vacibdir. Həm də, ona görə vacibdir ki, final turnirində ikinci dəfədir iştirak edirik. Fantastik texniki oyunçulara malik İspaniya millisinə qarşı oynamaq həmişə çətindir. Onlarla hər matç çox ağır olur. AVRO- 2020-dən sonra bir sıra oyunçuları dəyişdik. Düşünürəm ki, yaxşı iş görmüşük. Biz ikinci dəfə Millətlər Liqasının finalına çıxmışıq və xüsusilə qrup mərhələsinə çoxlu gənc oyunçuları cəlb etdiyimizi nəzərə alsaq, bu, layiqli nailiyyətdir".
Xatırladaq ki, İspaniya - İtaliya görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.