"Trabzonspor"un futbolçusu Abdulkadir Ömür karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı vingerin xidmətində "Xetafe" maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa təmsilçisi yaxın günlərdə Türkiyə klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Abdulkadir Ömür "Trabzonspor"un yetirməsidir. Türkiyə millisinin üzvü Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 194 rəsmi matçda 25 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi