"Qalatasaray" və "Fənərbaxça" Braziliya millisinin üzvünü istəyir

19:05 - 21 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Yuventus"un yeni müqavilə təklifini qəbul etməyən Aleks Sandro ilə maraqlanır. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

32 yaşlı sol cinah müdafiəisini "Qalatasaray", "Əl Nəssr" və MLS klubları da transfer etmək istəyir.

Qeyd edək ki, "Yuventus" Aleks Sandronu 2015-ci ilin yayında "Portu"dan transfer edib. Braziliya millisinin üzvü son mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti