Məşhur futbolçu Benzemanın komanda yoldaşı oldu - RƏSMİ

21:17 - 21 İyun 2023

Mövsümün sonunda "Çelsi" ilə sözləşməsi başa çatan Nqolo Kantenin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Əl İttihad"a keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kante Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 32 yaşlı orta xətt oyunçusu 3 il ərzində 100 milyon avro qazanacaq.

Nqolo Kante "Çelsi"yə 2016-cı ilin yayında "Lester Siti"dən keçmişdi. Fransa millisinin üzvü London təmsilçisinin heyətində keçirdiyi 269 rəsmi matçda 13 qol vurub.

Qeyd edək ki, Kərim Benzema da "Əl İttihad"la müqavilə imzalayıb.

Xəbər xətti