Məşhur hücumçu "Fənərbaxça"da

10:24 - 22 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "İnter"dən ayrılan Edin Cekonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və sözləşmə imzalamaq üçün İstanbula getdiyi bildirilir.

Qeyd edək ki, "İnter" Edin Cekonu 2021-ci ilin yayından "Roma"dan transfer edib. Bonsiya və Herseqovina millisinin üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti