"Fənərbaxça" "İnter"in daha bir hücumçusunu istəyir

13:54 - 22 İyun 2023

Edin Cekonu transfer edən "Fənərbaxça" "İnter"in daha bir futbolçusunu heyətinə qatmaq istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Xoakin Korrea ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Sarı-lacivərtlilər" 28 yaşlı hücumçunun meneceri ilə danışıqlara başlayıb. "İnter"in satmaq istədiyi argentinalı forvardı "Everton" da transfer etməyə çalışır.

Qeyd edək ki, "İnter" Xoakin Korreanı 2021-ci ilin yayında "Latsio"dan transfer edib. Argentina millisinin üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti