"Arsenal"ın istədiyi futbolçuya "Mançester Sİti"dən təklif

15:36 - 22 İyun 2023

"Vest Hem"in futbolçusu Deklan Rays klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal"ın uzun müddətdir heyətinə qatmağa çalışdığı 24 yaşlı yarımmüdafiəçiyə "Mançester Siti" də "elçi düşüb". Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Şəhərlilər" London təmsilçisinə kapitan üçün 75+15 milyon funt-sterlinqlik rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Deklan Rays "Vest Hem"in yetirməsidir. İngiltərə millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti