"Tottenhem" İtaliyadan qapıçı transfer edir

16:31 - 22 İyun 2023

İngiltərənin "Tottenhem" klubu heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Lonton təmsilçisi "Empoli"də çıxış edən Qulyelmo Vikarionu transfer etməyə yaxındır. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Tottenhem" italiyalı qolkiperlə 5 illik müqavilə ilə bağlı şəxsi şərtləri razılaşdırıb. Klublar arasında da anlaşma tamamlanmaq üzrədir. Premyer Liqa təmsilçisi 26 yaşlı "əlcək sahibi"nin keçidini 19 milyon avroya rəsmiləşdirəcək.

Qeyd edək ki, "Empoli" Qulyelmo Vikarionu 2022-ci ilin yayında "Kalyari"dən transfer edib. O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 41 qol buraxıb. Vikario 7 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti