"Fənərbaxça"nın futbolçusu Atilla Salai karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, macarıstanlı mərkəz müdafiəçisinin xidmətində "Everton" maraqlıdır. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Liverpul təmsilçisinin yaxın günlərdə Türkiyə klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kiprin "Apollon" klubundan transfer edib. 25 yaşlı arxa xətt oyunçusu son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 52 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi