Rayan Kent və Edin Cekonu heyətinə qatan "Fənərbaxça" növbəti transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfi "Tottenhem"də çıxış edən İvan Perişiçdir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Sarı-lacivərtlilər" xorvatiyalı yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Tottenhem" İvan Perişimi 2022-ci ilin yayında "İnter"dən transfer edib. 34 yaşlı orta xətt oyunçusu son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi