"Bavariya" Portuqaliya millisinin üzvünü transfer etdi

12:30 - 23 İyun 2023

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Borussiya"dan ayrılan Rafael Gerreyronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Rafael Gerreyro 2016-2023-cü illər ərzində "Borussiya"da çıxış edib. Portuqaliya millisinin üzvü son mövsümdə Dortmun təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti