İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Çelsi"nin yarımmüdafiəçisi Meyson Mauntdur. Bu barədə "Fabritsio Romano məlumat yayıb.
"Mançester Yunayted" "Çelsi"yə 55 milyon funt-sterlinqlik təklif göndərib. 24 yaşlı futbolçunun özü ilə şəxsi şərtlər razılaşdırılıb.
Qeyd edək ki, Meyson Maunt "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü 2019-cu ildən əsas komandada çıxış edir. O, son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi