Milli komandanın baş məşqçisi qovuldu

15:15 - 23 İyun 2023

Bosniya və Herseqovina Futbol Federasiyası baş məşqçi Faruk Hadjibeqiçlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssisin işinə son verilib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Faruk Hadjibeqiç bu ilin yanvar ayında yığmanın baş məşqçisi təyin olunmuşdu. Bosniya və Herseqovina millisi Avro-2024-ün seçmə mərhələsinin J qrupunda 4 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsindədir.

Xəbər xətti