İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Zidan İqbalı "Utrext"ə satıb. Niderland təmsilçisi 20 yaşlı yarımmüdafiəçi üçün ingilislərə 1 milyon avro ödəyib. Gənc futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Zidan İqbal "Mançester yunayted"in yetirməsidir. İraqlı orta xətt oyunçusu başa çatan mövsümdə Premyer liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi