"Qalatasaray"dan 6 milyon avro tələb edirlər

10:23 - 27 İyun 2023

"Qalatasaray" son mövsümü icarə əsasında komandada keçirən Milot Raşitsanın transfer hüquqlarına yiələnmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi kosovolu vingerin müqavilə ilə məxsus olduğu "Norviç Siti" ilə danışıqları davam etdirir. İngiltərə klubu 26 yaşlı ön xətt oyunçusu üçün 6 milyon avro tələb edir.

Qeyd edək ki, Milot Raşitsa 2022/2023 mövsümündə "Qalatasaray"ın heyətində meydana çıxdığı 30 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti