İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, "rossonerilər" "Latsio" ilə müqaviləsi başa çatan Luka Romeronu transfer edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb. "Milan" azad agent statusunda olan 18 yaşlı vingerlə yaxın günlərdə müqavilə imzalayacaq.
Qeyd edək ki, Luka Romero "Latsio"ya 2021-ci ilin yayında "Malyorka"dan keçmişdi. Argentinalı ön xətt oyunçusu paytaxt klubunun heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi