Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Leyptsiq"in futbolçusu Anxelinyodur. Bu barədə "Bein Sports" məlumat yayıb. "Sarı-qırmızılar"ın danışıqları yekunlaşdırmaq üzrə olduğu və transferin qısa müddət ərzində açıqlanacağı bildirilir.
Qeyd edək ki, Anxelinyo son mövsümü icarə əsasında "Hoffenhaym"da keçirib. 26 yaşlı ispan sol cinah müdafiəçisi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi