Fransa millisinin üzvü "İnter"də

13:59 - 27 İyun 2023

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Münhenqladbax "Borussiya"sından ayrılan Markus Türamı rənglərrinə bağlayıb. "İnter" azad agent statusunda iolan 25 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Borussiya" Markus Türamı 2019-cu ilin yayında "Genqam"dan transfer etmişdi. Fransa millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti