"Barselona"nın sabiq futbolçusu klubunu dəyişdi

16:09 - 27 İyun 2023

İspaniyanın "Vilyarreal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Selta" ilə müqaviləsi başa çatan Denis Suaresi rənglərinə bağlayıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Selta" Denis Suaresi 2019-cu ilin yayında "Barselona"dan transfer etmişdi. İspan vinger son mövsümün ikinci yarısını icarə əsasında "Espanyol"da keçirib.

Xəbər xətti