Almaniyanın "Bavariya" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin əsas hədəfi "Tottenhem"də çıxış edən Harri Keyndir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. Almaniya çempionu 29 yaşlı forvard üçün London klubunu 70 milyon avro və bonuslardan ibarət rəsmi təklif göndərib.
Qeyd edək ki, "Tottenhem" Harri Keyni 2013-cü ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin hücumçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 49 matçda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi