Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Luis Kastro çalışdıracaq. Bu barədə "Mercato" nəşri məlumat yayıb. Hazırda "Botafoqo"nun baş məşqçisi olan portuqaliyalı mütəxəssis yaxın günlərdə ərəblərlə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Əl Nəssr" Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünü 67 xalla 2-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi