"Qalatasaray"dan ayrılan futbolçu Super Liqa klubunda

19:20 - 27 İyun 2023

"Qalatasaray"dan ayrılan Emre Taştemirin yeni komandası müəyyənləşib.

Sportal.az xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi Super Liqaya vəsiqə qazanan "Pendikspor"a keçib. Türkiyə millisinin sabiq üzvü ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Qalatasaray" Emre Taştemiri 2019-cu ilin yayında "Bursaspor"dan transfer etmişdi. Təcrübəli futbolçu son mövsümdə Super Liqada meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti