İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi Premyer Liqanı tərk edən "Lester Siti"dən Ceyms Meddisonu rənglərinə bağlayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Tottenhm" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyəcək. Orta xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, "Lester Siti" Ceyms Meddisonu 2018-ci ilin yayında "Norviç Siti"dən transfer edib. İngiltərə millisinin üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi