Kaşuk oynadı, Ukrayna millisi 1/4 finala yüksəldi

15:41 - 28 İyun 2023

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşukun formasını geyindiyi Ukrayna millisi qrup mərhələsinin son turunda İspaniya seçməsi ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub. 23 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə meydana daxil olub.

3 turdan sonra 7 xal toplayan Ukrayna yığması adını 1/4 finala yazdırıb.

Xəbər xətti