ABŞ klubları "Qalatasaray"ın futbolçusunu istəyir

15:56 - 28 İyun 2023

"Qalatasaray"ın futbolçusu Taylan Antalyalı karyerasını ABŞ-da davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində MLS komandaları maraqlıdır. "Solt Leyk Siti" və "Nyu İnqlend" türk futbolçunun transferi ilə bağlı İstanbul təmsilçisi ilə danışıqlara başlayıb.

Super Liqaya vəsiqə qazanan "Samsunspor" da təcrübəli orta xətt oyunçusunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Qalatasaray" Taylan Antalyalını 2019-cu ilin yayında "Erzurumspor"dan transfer edib. Türkiyə millisinin sabiq üzvü son mövsümü icarə əsasında "Ankaragücü"də keçirib. Onun "sarı-qırmızılar"la müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti