"Milan"da yeni qapıçı - RƏSMİ

17:24 - 28 İyun 2023

İtaliyanın "Milan" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Atalanta" ilə müqaviləsi başa çatan Marko Sportiellonu transfer edib. Bu barədə "rossonerilər"in rəsmi saytı məlumat yayıb. 31 yaşlı "əlcək sahibi" ilə4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Atalanta" Marko Sportiellonu 2019-cu ilin yayında "Frosinone"dən transfer etmişdi. İtaliyalı qolkiper son mövsümdə Berqamo təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti