Millimiz dünya çempionatına yola düşdü

21:31 - 28 İyun 2023

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan yığması Portuqaliyanın Santarem şəhərində keçiriləcək Dünya Kubokuna yola düşüb.

Sportal.az xəbər verir ki, 1-2 iyul tarixlərində baş tutacaq yarışda Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) mübarizə aparacaqlar.

Onlar oradakı iştiraklarını başa vurduqdan sonra Portuqaliyanın Koimbra şəhərinə gedərək, 7-8 iyulda keçiriləcək daha bir Dünya Kubokunda qüvvələrini sınayacaqlar.

Xəbər xətti