Mahir Emrelinin komanda yoldaşı üçün 6 milyon avroluq təklif

21:58 - 28 İyun 2023

Xorvatiyanın "Dinamo" klubunun qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiperin xidmətində "Fiorentina" maraqlıdır. Bu Fabritsio Romano məlumat yayıb. Florensiya təmsilçisi xorvatiyalı "əlcək sahibi üçün Zaqreb klubuna 6 milyon avro ödəməyə hazırdır.

"Dinamo" "Fiorentina"nın təklifinə cavab verməyib. Təcrübəli futbolçu ilə Avropadan maraqlanan başqa klublar da var.

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Mahir Emreli də "Dinamo"da çıxış edir.

Xəbər xətti